Mnatsakanyan Məmmədyarovla növbəti görüşün Vaşinqtonda keçirilməsi barədə danışıb | 1news.az | Xəbərlər
Siyasət

Mnatsakanyan Məmmədyarovla növbəti görüşün Vaşinqtonda keçirilməsi barədə danışıb

11:20 - 26 / 04 / 2019
Mnatsakanyan Məmmədyarovla növbəti görüşün Vaşinqtonda keçirilməsi barədə danışıb

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda keçiriləcəyini istisna etməyib.

1news.az xəbər verir ki, bu barədə Mnatsakanyan erməni mətbuatına müsahibəsində deyib.

"Biz Parisdə, Moskvada görüşdük. Təbii ki, üçüncü həmsədr var. Vaşinqtonda görüş ola bilərmi? Əlbəttə. Biz buna hazırıqmı? Əlbəttə", - deyə Mnatsakanyan bildirib

Onun sözlərinə görə, Amerika tərəfinin dəvəti hələ dəqiqləşdirilməyib.

"Birləşmiş Ştatlardakı həmkarlarımız dəvətlərini nə zaman dəqiqləşdirsələr, onda danışa biləcəyik, amma mən amerikalı tərəfdaşlarımız adından danışmaq istəmirəm".

P.Sultanova

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər