Prezident atı üçün rep oxudu – VİDEO
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu dəfə də rep oxumaqla gündəmə gəlib.
1news.az xəbər verir ki, o, repi Türkmənistanın milli bayramı olan “Türkmən atı bayramı”nda “Rovaç” ləqəbli atı üçün oxuyub.
Yeni repin sözləri Berdiməhəmmədova, musiqisi isə nəvəsi Kərimquluya məxsusdur.
Prezident rep söyləyərkən nəvəsi onu pianoda müşayiət edib. Rep-kompozisiyanın mətnində bildirilir ki, bu at ölkənin gələcək xoş günlərinin müjdəçisi olacaq.
Bu ilin yanvar ayında dünyaya göz açmış və adının mənası uğur olan Rovaç ölkənin rifah simvoluna çevrilib.
Qeyd edək ki, dövlət başçısı tez-tez maraqlı ifası və sürpriz qərarları ilə diqqət çəkir. O 8 Mart münasibəti ilə Türkmənistan qadınlarını mahnı oxuyaraq təbrik etmişdi.
Berdıməhəmmədovun nəvəsi ilə birlikdə ötən il ifa etdiyi bir rep kompozisiyasını təqdim edirik:
1news.az