UEFA vacib oyunu türk hakimə tapşırdı
FIFA referisi Cüneyt Çakıra növbəti təyinatı verib.
1news.az Fanat.az-a istinadən xəbər verir ki, türk referi Çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la "Barselona" arasındakı cavab matçını idarə edəcək.
Cavab qarşılaşması mayın 7-də "Enfild Roud" stadionunda olacaq. Komandalar arasında dünən keçirilən ilk görüşdə ispanlar rəqibinə 3 cavabsız qolla qalib gəliblər.
Qeyd edək ki, bu, Çakırın 2018/19 mövsümündə Çempionlar Liqasında oyunlarına aldığı 7-ci təyinatdı. O, son olaraq, 1/4 final mərələsində "Mançester Siti"nin "Tottenhem"i 4:3 hesabı ilə məğlub etdiyi matçda ədaləti qoruyub.
1news.az
557