Politoloq: Çinin “Bir kəmər, bir yol” layihəsi Mərkəzi Asiya regionunu strateji seçim qarşısında qoya bilər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Çinin “Bir kəmər, bir yol” layihəsi Mərkəzi Asiya regionunu strateji seçim qarşısında qoya bilər

12:19 - 07 / 05 / 2019
Politoloq: Çinin “Bir kəmər, bir yol” layihəsi Mərkəzi Asiya regionunu strateji seçim qarşısında qoya bilər

Hakimiyyətlərin zorakı yolla dəyişdirilməsi prosesi çox aktual olub. Əlcəzair prezidenti istefa verdi. Sudanda prezident istefaya göndərildi. Venesuelada hərbi çevrilişə cəhd olundu. Bütün bu proseslərin hamısında ordular aktiv iştirak edib.

Digər vacib məqam ABŞ prezidenti D.Trampın digər dövlətlərin işinə qarışmayacağını bəyan etməsinə baxmayaraq bu proseslərin hamısında bu və digər dərəcədə ABŞ-ın rolu görünür.Trampı bu işə vadar edən addım kimi Rusiyanın rolunu qeyd etmək olar.

Suriyada Rusiyanın yeni silahları xüsusilə “İskəndər” qeydə alınıb. Ehtimal ki, bu Rusiyanın Suriya ərazisində nöqtəvi dəqiq hərbi əməliyyatlar aparmaq niyyətindən xəbər verir. Tartu limanının 49 il müddətinə Rusiyaya icarəyə verilməsi ilə bağlı müqavilə imzalandı. Bu hərbi addımlar Suriyada Rusiya- İran maraq toqquşması prizmasından qəbul edilməlidir. Suriya müxalifəti B.Əsədin qələbəsini etiraf etdi. Bu fikri V.Putin Çində jurnalistlərlə görüşü zamanı bildirdi.

Suriya məsələsində Rusiyanın orijinal mövqeyi ortalığa çıxdı. Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi A.Lavrentev Səudiyyə Ərəbistanı adından Suriyaya bildirdi ki, Ər-Riyad Dəməşqlə münasibətləri bərpa etmək fikrindədir. Ehtimal ki, Rusiya Səudiyyə Ərəbistanının Suriyanın daxilinə girməsindən İrana qarşı istifadə etmək niyyətindədir.

Belarus hal-hazırda Rusiya üçün ciddi problem yaradır, amma Belarusun yaratdığı problem Rusiyanın davranışına adekvat reaksiyadır. Rusiyanın Belarusdakı səfirinin davranışı A.Lukaşenkonu kifayət qədər narahat edirdi və o hesabdan V.Putin Belarusdakı Rusiyanın səfirini dəyişdi, yerinə Dmitri Mezençevi təyin etdi. Belarus Rusiyadan Avropaya axan dostluq neft kəmərini bağladı. Səbəb bu kəmərlə qeyri-təmiz neftin axını göstərilirdi. Belarusun bu addımı rezon yaratdı. Az sonra da Polşa Rusiyanın neft tranzitini dayandırdı.

ABŞ-la münasibətlərdə ən aktual mövzu Venesuela məsələsidir. ABŞ Venesuelada dövlət çevrilişinə cəhd etdi, amma onun dövlət çevrilişi cəhdi alınmadı. Səbəb kimi Rusiya göstərildi. M.Pompeo və C.Bolton Venesuelada müxalifətin dövlət çevrilişinə cəhd edərkən Rusiyanın Venesueladakı silahlarının, xüsusilə ZRK-larının hadisələrin gedişinə təsir etməyəcəyini bildirdi. Pompeo Rusiyanı Maduronun Venesueladan Kubaya qaçmağının qarşısını almaqda ittiham etdi. Rusiya demək olar ki, güzgü cavabı verməklə məşğul olub. Amma dövlət çevrilişinə cəhdin baş tutmaması Rusiyanın böyük uğuru kimi qəbul edilməlidir. ABŞ Dövlət Katibi Rusiya və Çini Cənubi Amerikada yalançı dostlar adlandırdı. Onlar özlərini Cənubi Amerikaya yaxın müttəfiq kimi göstərirlər, amma aralarında kifayət qədər ciddi problemləri var. ABŞ-NATO hərbi gəmiləri Qara dənizdə hərbi fəaliyyətdədir. Rusiyanın Qara Dəniz Donanması onları izləməklə məşğul idilər. İndi isə artıq demək olar ki, özləri də hərbi təlimlərə başlayıblar.

Estoniyanın prezidenti Kersti Kalyuayd Moskvaya səfər etdi, prezident V.Putinlə görüşdü. Onun Rusiyaya səfərinə, Putinlə görüşməsinə qonşu dövlətlər neqativ münasibətlər bildirdilər. K.Kalyuayd V.Putinlə daha çox təhlükəsizlik məsələlərini müzakirə etdi.

V.Putin Pekində “Bir kəmər, bir yol” forumunda iştirak etdi, çoxsaylı görüşlər keçirdi, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə də görüşdü. V.Putin Rusiya ilə Çin arasında olan münasibətləri analoqsuz, presedentsiz yüksək münasibətlər adlandırdı.

Yerusəlim Patriarxı Feofil Yaxın Şərq xristianları adından V.Putinə onları müdafiə etdiyi üçün minnətdarlıq bildirdi.

Silah satışına görə Rusiya birinci beşlikdən kənarda qaldı.

Rusiyanın qızıl valyuta ehtiyatı 487,8 milyard dollar olmaqla 5 illik rekord vurdu.

Çinin “Bir kəmər, bir yol”layihəsi Mərkəzi Asiya regionunu strateji seçim qarşısında qoya bilər

Pekində keçirilən “Bir kəmər, bir yol” forumunda 64 milyard dollarlıq 283 müqavilə imzalandı. Bu müqavilələrin reallaşmasında Mərkəzi Asiya regionu dövlətləri birbaşa və ya dolayısı yolla iştirak edəcəkdir. Q.Berdıməhəmmədovu çıxmaq şərtilə Mərkəzi Asiya regionu dövlətlərinin hamısının başçıları Pekində keçirilən “Bir kəmər, bir yol” forumunda iştirak etdilər.

Rusiyanın Xİ naziri S.Lavrov Moskvada keçirilən MDB sammiti zamanı Mərkəzi Asiya region dövlətlərinin Xİ nazirləri ilə görüşdü. Rusiya üçün bu ilk praktikadır.

“Mərkəzi Asiya regionunda iqtisadiyyatın artım tempi sabitdir, amma ümumilikdə həyat səviyyəsini qaldırmaq üçün hələki kiçikdir”.-Beynəlxalq Valyuta Fondu.

ABŞ-ın Sülh Fondu (The Fund for Peace)  178 dövlətin iş bacarıq qabiliyyəti olmasının reytinqini elan etdi. Türkmənistanı çıxmaq şərti ilə Mərkəzi Asiya regionu dövlətləri də bu Fragile States Index 2019 reytinqdə yer alıb. Tacikistan region ölkələri içərisində ən axırıncı yerdə, Qırğızıstan ondan 3 pillə, Özbəkistan isə ondan 5 pillə irəlidədir. Qazaxıstan isə 116-cı yerdədir. Bu reytinqin tərtibinə ərazinin bütövlüyünə nəzarət edə bilməsi, demoqrafik, siyasi və iqtisadi vəziyyət daxildir.

İŞİD-in Mərkəzi Asiya regionunda iştirakını artırdığı ilə bağlı məlumatlar yayılır. Əsasən bu Suriya və İraqda İŞİD-in məğlubiyyəti ilə əlaqələndirilir. Hal-hazırda ən çox Fərqanə vadisində cəmləşirlər.

“Azadlıq” radiostansiyasının (ABŞ) Mərkəzi Asiya regionu üzrə direktoru istefa verməli oldu. Onunla yanaşı həm də Tacikistan bölməsinin direktoru istefa verdi. Onların istefa verməsinə səbəb kimi demokratik düşüncəli əhalinin etirazı göstərilir. Guya “Azadlıq” radiostansiyasının rəhbərliyi region ölkələri rəhbərlərinin təsiri altındadır və bu daha aydın özünü Tacikistanda göstərir. Gözlənilmədən Rusiya Xarici İşlər Nazirliyi buna reaksiya verdi. Ehtimal ki, Rusiyanın özünün də bu prosesdə müəyyən rolu olub. Bundan istifadə edərək Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri M.Zaxarova ABŞ-ı “Azadlıq” radiostansiyasının ümumilikdə rus versiyasına diqqət yönəltməyə çağırdı. Bununla da bu radiostansiyanın ABŞ-dakı rəhbərliyi başa düşəcək ki, rus dilində yayılan informasiyalar nə qədər siyasi cəhətdən qərəzli və qeyri-peşəkardır.

“Mərkəzi Asiya regionu ölkələrinə demokratiya lazım deyil”.- V.Pozner, Rusiyanın məşhur telejurnalisti.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər