Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək | 1news.az | Xəbərlər
Rəsmi

Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək

15:38 - 17 / 05 / 2019
Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək

Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin; Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

Mədəniyyət Nazirliyinə tapşırılır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin; Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

S.Xankişiyeva

 

 

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər