Dilənçinin üstündən o qədər pul çıxdı ki... - FOTO
Türkiyənin Sakarya şəhərində bələdiyyə işçiləri tərəfindən dilənçilərə qarşı keçirilən reyd maraqlı görüntülərlə yadda qalıb.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı körpəsi ilə bərabər dilənən dilənçi qadının üstündən 11 min 430 TL (təxminən 3175 AZN) pul çıxıb.
Məsələ ilə bağlı Sərdivan Bələdiyyəsindən verilən açıqlamada bildirilib ki, saxlanılan şəxslərlə bağlı aidiyyatı qurumlar lazımi tədbirlər görəcək.
1news.az
795