Paşinyanın arvadı oğlunun Qarabağdan İrəvana gəlməsi barədə | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın arvadı oğlunun Qarabağdan İrəvana gəlməsi barədə

13:31 - 27 / 05 / 2019
Paşinyanın arvadı oğlunun Qarabağdan İrəvana gəlməsi barədə

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akobyan oğlunun hərbi xidmətdə olduğu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən İrəvana gəlməsi ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Akobyan oğlu Aşot Paşinyanın yoldaşları ilə birgə hazırlıq üçün İrəvana gəldiyini və  tezliklə Qarabağa dönəcəyini deyib.

"Onun gəlişi heç nə ilə bağlı deyil, o, Qarabağa qayıdıb, xidmətini davam etdirəcəkdir. Bu, adi bir hadisədir, oğlumuz sadə bir əsgər kimi xidmət edir və xidmət yoldaşlarından heç nə ilə fərqlənmir", - deyə Akobyan bildirib.

Onun sözlərinə görə, Aşot qanunla nəzərdə tutulan şərtlər əsasında bir gün evdə keçirib.

Xatırladaq ki, erməni mətbuatı Paşinyanın oğlunu İrəvandakı hərbi hissəyə köçürməsini yazıb. İkinci prezident Koçaryanın həbsdən azad edilməsi və Qarabağdakı separatçıların açıq şəkildə Paşinyana meydan oxuması, ikincinin öz oğlunu Qarabağdan çıxarmasına səbəb olub.

P.S.



Paylaş:
1131

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər