Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı - FOTO

16:03 - 27 / 05 / 2019
Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı - FOTO

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşdıqları üçün işdən azad ediliblər".

1news.az xəbər verir ki, bununla bağlı AZAL-ın yaydığı məlumatda deyilir.

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. 

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. AZAL-ın məlumatında bildirilib ki, bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub”. 

Qurumun açıqlamasında fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istənilib: "Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.

1news.az

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər