Azərbaycanlılar üçün qürurverici səbəb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlılar üçün qürurverici səbəb – FOTO

17:29 - 27 / 05 / 2019
Azərbaycanlılar üçün qürurverici səbəb – FOTO

Şəhərplanlaşdırması/urbanizm sahəsi üzrə ekspert, Cenevrə Universitetinin doktorant-elmi işçisi Tural Əliyevin müsahibəsini təqdm edirik:

- Bakı şəhərini Final oyununu keçirməyə nə ruhlandırır?

Bu Azərbaycanlılar üçün qürurvericidir bir səbəbdir. Açılımı simvolizə edən, Avropa ilə strateji yaxınlaşmanı möhkəmləndirən bir hadisədir. Bakı idman və siyasətin əlaqəsini gözəl anlayır. Bu, bir alət və bir işıqlandırma vasitəsidir. Yarışlar zamanı, biz dialoqdan, mədəniyyətdən, siyasətdən və eyni zamandan urbanizmdən də danışa bilirik. Göydələnlərin ucalması, emblematik binaların ərsəyə gəlməsi, ictimai yerlər və parkların salınması, həmçinin Olimpiya stadionunun tikilməsi bir növ şəhərin gücünün və əzəmətinin, iqtisadi inkişafının tərənnümünün və kapitalın cəlb olunması üçün ötürülən aydın məlumatdır.

- Bu hadisə ilə bağlı səslənən tənqidi fikirlərə necə yanaşırsınız?

Bütün tədbirlər zamanı biz həm müsbət, həm də mənfi məlumatlar görə bilərik. Ancaq mənfi məlumatlara qarşı insanlar daha çox həssəsdır. UEFA və FİFA son illərdə bütün ölkələrə imkan yaratmaq istəyir. Bu mənada, Azərbaycan, Böyük Britaniya və ya İspaniya kimi, futbolun tərənnümü məsələsində daha güclü rol ala bilər.

- Siz Azərbaycanı demokratiya məsələsində çətin anlayan insanlara nə deyərdiniz?

Bu barədə nə deyə bilərəm? Təsəvvür edin, təxminən 20 il öncə, divarların sökülməsi ilə (Berlin divarları), bu ölkə xaos, müharibə ilə qarşılaşmış və 20 % öz ərazilərini itirmişdir. 2005-ci ildən başlayaraq, ilk neft gəlirləri ilə Azərbaycan öz uğur hekayəsini yaratmaq istəyir. Beynəlxalq miqyasda olan tədbirlər bunu tərənnüm etmək üçün gözəl bir vasitədir. Mən bunun effektini 2015-ci ildə Avropa Oyunları zamanı əməkdaşlıq etdiyim zaman hiss etmişəm. Mənim üçün Azərbaycan, xristian və müsəlman siviliyaziyaların kəsişməsində yerləşən bir ölkə kimi, Avropa və Asiya kontinentləri arasında bir körpü funksiyasını özündə birləşdirir.

Qeyd edək ki, İsveçrənin fransız dilli Le Matin Dimanche mətbuat orqanı Bakıda keçiriləcək Avropa Liqasının Final oyunu ərəfəsində material yayımlamışdır. “Güclü dəstəyi olan Bakı şəhəri, futbolda öz möhkəm yerini əldə etməyi arzulayır” adı altında çap olunan materialda, Final oyunundan əlavə, Avropa 2020-ci ildə keçiriləcək çempionatının Bakıda keçiriləcək oyunlarından, SOCAR və UEFA-nın əməkdaşlığından və s. danışılır. Eyni zamanda bildirilir ki, Rusiya, Qatar, Çin və BƏƏ kimi Azərbaycan da futbol sahəsinə son illərdə çox böyük diqqət ayırır.

Məqalədə, eyni zamanda, Cenevrə Universitetinin urbanizm sahəsi üzrə doktorant-elmi nümayəndəsi, Tural Əliyevin fikirlərinə də yer ayrılmışdır. O, Bakıda keçirilən idman oyunlarına daha geniş prizmadan baxmağa dəvət edərək, idman yarışlarını bir alət və bir işıqlandırma vasitə olduğunu kimi gördüyünü qeyd edir. Yarışların bir dialoq vasitəsi, mədəniyyət, siyasət və eyni zamandan urbanizmdən də danışmaq imkanı yaratdığı bildirilir.

Müsahibədə idman oyunlarını keçirmək üçün Bakının timsalında urbanizm sahəsinin önəmi vurğulanır. Şəhər quruculuğu modelinin dünya ictimaiyyətinə idman pəncərəsindən çatdırılması ilə Bakı şəhər brendinin yaradılması formasının danışılır. Məsələn, göydələnlərin ucalması, emblematik binaların ərsəyə gəlməsi, ictimai yerlər və parkların salınması, həmçinin Olimpiya stadionunun tikilməsi bir növ şəhərin gücünün və əzəmətinin, iqtisadi inkişafın tərənnümünün və əlavə kapitalın cəlb olunması işi aydın şəkildə görsənir.

Qeyd edək ki, Le Matin Dimanche jurnalı 500 mindən artıq oxuyucu ilə, İsveçrənin ən məhşur mətbuat orqanlarından biridir.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər