Nazir: Bəs siz Ermənistan rəsmilərinin övladlarının harada xidmət etdiyini soruşmamısız?

Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin "hamı hamıya" prinsipinə uyğun mübadiləsini təklif edib.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.
Nazir deyib ki, saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya" prinsipinə uyğun mübadiləsi dünya təcrübəsində qəbul olunur və dəstəklənir, xasusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bunu dəstəkləyir.
“Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər", Məmmədyarov vurğulayıb.
Real səfərlərin reallaşdırılmasına gəlincə, burada ilk növbədə təklifin iki cəmiyyət üçün nə dərəcədə həssas olduğunu xatırlamaqla hər detalı düşünülmüş təkliflər istiqamətində işləmək lazımdır. Başqa sözlə, sülh üçün çalışmaq lazımdır".
XİN rəhbəri Ermənistan rəhbərliyinin Dağlıq Qarabağdakı separatçı rejiminin danışıqlar prosesinə qoşulmasının vacibliyi ilə bağlı bəyanatlarına da bir daha münasibət bildirib:
"Bəs Siz Yerevandan soruşmamısınız ki, Ermənistanın yüksək siyasi rəhbərliyinin bəzi nümayəndələrinin oğlanları həqiqi hərbi xidməti harada keçir? Bu ölkənin indiki prezidenti və baş naziri tez-tez hara səfər edirlər? Adını qeyd etdiyiniz marionet quruluşun büdcəsinin əsas hissəsi hansı vergi odəyicilərinin hesabına formalaşır?".
Elmar Məmmədyarov hər şeyin kifayət qədər sadə olduğunu vurğulayıb:
"Hər şey kifayət qədər sadədir - münaqişə tərəfi kimi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası üz üzədir. Bu format ATƏT Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə də təsdiqlənib. Reallıq belədir. Qalan hər şey ya spekulyasiya, ya da müxtəlif bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdidir".
P.S.