Səfirliyin konsulu futbol layihəsinin iştirakçıları ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
İdman

Səfirliyin konsulu futbol layihəsinin iştirakçıları ilə görüşüb - FOTO

13:13 - 29 / 05 / 2019
Səfirliyin konsulu futbol layihəsinin iştirakçıları ilə görüşüb - FOTO

Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin konsulu Adil Şükürov “Dostluq üçün futbol” sosial layihəsində iştirak üçün bu ölkədə olan üzvləri ziyarət edib, onlara dəstəyini bildirib.

1news.az xəbər verir ki, “Sabah” FK Madriddə baş tutacaq turnirdə U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunur.

Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılıb.

“Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdur.

1news.az

Paylaş:
1586

Son xəbərlər

Bütün xəbərlər