Azərbaycan Ordusunun hərbçisi şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

16:13 - 30 / 05 / 2019
Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

 

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər