Azərbaycan artilleriyaçıları cəbhədə “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər  – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan artilleriyaçıları cəbhədə “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər  – FOTO – VİDEO

16:40 - 31 / 05 / 2019
Azərbaycan artilleriyaçıları cəbhədə “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər  – FOTO – VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər