Paşinyanın blokundan olan deputat mandatdan imtina etdi | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın blokundan olan deputat mandatdan imtina etdi

12:48 - 31 / 05 / 2019
Paşinyanın blokundan olan deputat mandatdan imtina etdi

Nikol Paşinyanın “Mənim addımım” blokundan olan deputat Narin Xaçaturyan (Tuxikyan) mandatdan imtina edib. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

Əgər Xaçaturyan bir həftə ərzində ərizəsini geri götürməzsə, onun deputat səlahiyyətləri dayandırılacaq və xanım deputatı Artur Ovannisyan əvəz edəcək.

Qeyd edək ki, daha əvvəl erməni mətbuatı onun təhsil, elm, mədəniyyət və idman nazirinin müavini təyin edilə biləcəyini yazıb.

P.Sultanova

 

Paylaş:
529

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər