Elman Nəsirov: Novxanı xəyalları alt-üst olan Kərimli yenə də bəhanələri işə saldı | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Novxanı xəyalları alt-üst olan Kərimli yenə də bəhanələri işə saldı

16:00 - 03 / 06 / 2019
Elman Nəsirov: Novxanı xəyalları alt-üst olan Kərimli yenə də bəhanələri işə saldı

28 may Respublika günü ilə bağlı bəzi müxalif siyasi dairələr və onların radikal kəsimi Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirmək istədikləri aksiya öncəsi elə bir fon yaradırdılar ki, guya çoxsaylı insanın iştirakı ilə bir mitinq olacaq öz fikirlərini, siyasi ideyalarını səsləndirəcəklər. Bununla isə həmin tədbirə xüsusi bir miqyas verməyə çalışırdılar.

Bu barədə 1news.az-a millət vəkili, politoloq Elman Nəsirov aksiya ilə bağlı danışarkən deyib.

O bildirib ki, radikallar keçirəcəkləri aksiyanı 19 yanvar mitinqi ilə müqayisə etmək cəhdlərini də ortaya qoyurdular:

“Amma reallıqda biz nəyin şahidi olduq? Əli Kərimli və yanındakı bəzi silahdaşları, eləcə də bir neçə yüz adamın toplandığı aksiya...  Onlar görəndə ki, həddindən artıq az adam yığışıb, başladılar bunu belə əsaslandırmağa ki, guya bəzilərinin polis tərəfindən öncədən saxlanılması nəticə etibarilə iştirakçıların sayına təsir edib. Əvvəla, bu, olmayıb, ikincisi hətta olsaydı belə, aksiyaya gələn insanlar toplaşırlar  və Əli Kərimlinin yarım saat tez, yarım saat gec gəlməsi heç bir halda iştirakçıların sayına təsir etməməli idi. Görəndə ki, istədikləri effekt alınmayıb, 10 minlərlə insanın toplaşa biləcəyi xəyalları alt- üst olub, o halda cürbəcür bəhanələlə özlərinə haqq qazandırma metodlarını işə saldılar. Lakin artıq bu metodlar da heç bir fayda vermir”.

Deputat xatırladıb ki, 28 may Respublika Günü ilə bağlı ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə “Buta” sarayında möhtəşəm bir tədbir keçirildi, dövlət başçısı Cümhuriyyəti yaradan böyük şəxsiyyətlərə öz ehtiramını ifadə etdi. Onların atdığı möhtəşəm addımlardan bəhs etdi və vurğuladı ki, bu günkü Azərbaycan Respublikası bu böyük şəxsiyyətlərin yaratdığı Cümhuriyyətin hüquqi, siyasi varisidir. Prezident dedi ki, bu gün Azərbaycanda həm iqtisadi, həm siyasi, həm hərbi məsələlərdə çox böyük uğurlara imza atılıb, Azərbaycan regionda söz sahibidir, beynəlxalq aləmdə çox böyük etimad sahibidir.  Cümhuriyyəti yaradan böyük şəxsiyyətlərin də ruhu şaddır ki, bu cür inkişafda olan və hədəfləri olan Azərbaycan Respublikası var və daha da inkişaf etməkdədir.

“Ona görə də belə siyasi oyunbazlıqlarla Azərbaycan xalqının siyasi iradəsinə təsir göstərmək olmaz, insanlara sabitlik, təhlükəsiz mühüt lazmdır. Xalqımız çox gözəl bilir ki, biz vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə gəlmiş bir cəmiyyətik. Bizdə səfərbər olmuş cəmiyyət mövcuddur, xalqımız çox gözəl dərk edir ki, bir dəfə hakimiyyətdə olmuş bu insanlar Azərbaycan dövlətinin, xalqının başına hansı bəlaları gətirib. İkinci dəfə heç bir halda  xalqımız imkan verməz ki, bu radikal qüvvələrin yuxuları çin olsun və onlar bir daha hakimiyyətə gəlsinlər.  Bu, qeyri-realdır, qeyri-mümkündür, xalqınmız ağı qaradan seçməyi bacaran xalqdır.  Həmin bu radikal siyasi qruplaşmaların aranı qatmaq, xaos yaratmaqla bağlı bütün  addımlarına yox deyir”, millət vəkili əlavə edib.

E.Nəsirov Müsavat Partiyasının özünü AXC dövründəki Müsavat Partiyasının varisi hesab etməsinə də münasibət bildirib:

“Kaş ki, elə olaydı, bu günkü Müsavat Partiyası Xalq Cümhuriyyətinin yaradılmasının kökündə dayanan həmin Müsavatın siyasi varisi olaydı. Kaş bu baş verəydi, amma təəssüf ki, baş verməyib, əksinə AXC-ni yaradan partiyalardan biri olan Müsavatın adını mənimsəyib, onun kölgəsi altında sığınıb öz bəd niyyətlərini həyata keçirmək tendensiyaları müşayət olunmaqdadır. Ona görə də əsas məsələ formada yox, məzmunda, mahiyyətdədir. Adın nə qoyurlar qoysunlar, əsas odur ki, xalqımız görür, hər bir siyasi qüvvənin hansı marağı var, hansı ideologiyanın daşıyıcısıdır, hansı hədəfləri seçib. Ona görə də hesab edirəm ki, Müsavatın burda ad faktorundan istifadə etməklə heç nəyə nail ola bilməz. Əsas odur ki, öz mahiyyətlərin dəyişsinlər, bu halda nə isə fəaliyyətlərində keyfyyət dəyişiklikləri baş verə bilər, əks halda 1918-ci ildə bizim tariximizdə mühüm rol oynamış Müsavat Partiyasının qanadları altında sığınıb, onun adından istifadə edib nəyəsə nail olmaq meylinin özü yanlşdır və heç bir nəticə verəsi deyil”.

Millət vəkili Əli Kərimlinin Azərbaycan üçün xüsusi günlərdən istifadə edib öz siyasi ambsiyalarını reallaşdırmaq cəhdlərinə də toxunub. Onun sözlərinə görə, Kərimli və bir qrup tərəfdaşı  ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb günlərdən özlərinin siyasi ambisiyalarını həyata keçirməkdə bir vasitə kimi istifadə etməyə çalışırlar:

“Biz bunun dəfələrlə şahidi olmuşuq, məqamı seçirlər, onlar üçün vacib olan o deyil ki, həmin gün Azərbaycan xalqının yaddaşında hansı məna və əhəmiyyət kəsb edir, vacib olanı budur ki, insanların kütləvi şəkildə toplanması mümkün olsun və bu imkandan da istifadə etsinlər. Məsələn, 20 Yanvar ümumxalq hüzn günüdə əhali şəhidlərimizi ziyarət etməyə gedir, Kərimi isə görür ki, insanların kütləvi şəkildə toplanması reallığı var çalışır, öz siyasi şüarlarını, niyyətlərini ortaya qoysun, müəyyən mənada çaxnaşma yaratsın. Halbuki həmin gündə şəhidlərimizi yad etmək, onlara ehtiram bildirmək lazımdır. Təəssüf ki, onlar hətta belə vəziyyətlərdən də öz siyasi məqsədləri üçün istifadə edib, hərəkətlərinə fərqli don geyindirmək istəyirlər. Bunu əvvəllər də görmüşük, 28 mayda da gördük, bu tendensya dəfələrlə baş verib. Ümumiyyətlə AXCP, Milli Şura sanki öz fəaliyyətlərində milli mənəvi dəyərləri tamamilə kənara qoyub, heç bir müsbət prosesi, hadisəni görmək tendensiyası yoxdur, heç bir uğura sevinmək yoxdur. Halbuki əsil müxalifət  iqtidarın uğurlarını etiraf etməli, onu təbrik etməli, eyni zamanda səhfləri də göstərməldir. Bu səhflərdən çıxış yolları da təklif etməldiir. Təəssüf ki, biz bunun şahidi olmuruq, xalq da görür və bundan özü üçün nəticə çıxarır”.

Deputat deyib ki, onların ciddi cəhdlə hazırlaşdıqları, üzərində neçə müdət işlədikləri aksiyaya bir neçə yüz adamın gəlməsi həmin qüvvələrin sosial bazasını göstərir:

“YAP-ın icra katibinin müavini,  millət vəkili Siyavuş Novruzovun maraqlı bir fikri var, deyir ki, Naxçıvanda kəndmizdə kasıb bir adam rəhmətə gedəndə, onun yas yerinə gələnlərin sayı müxalifətin toplantılarına gələnlərdən dəfəlrlə çox olur. 28 mayda Novxanıdakı aksiya da bu fikrin təsdiqidir”.

1news.az

 

Paylaş:
1391

Son xəbərlər

Bütün xəbərlər