Fransa məhkəməsindən Dağlıq Qarabağa dair ədalətli presedent | 1news.az | Xəbərlər
Siyasət

Fransa məhkəməsindən Dağlıq Qarabağa dair ədalətli presedent

12:25 - 05 / 06 / 2019
Fransa məhkəməsindən Dağlıq Qarabağa dair ədalətli presedent

Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimlşdirmək cəhdlərinə ağır zərbə oldu.

1news.az xəbər verir ki, "Dostluq haqqında xartiya”nın ləğvinə dair məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

Bu qərar bir president olmaqla yanaşı, onu sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur.

Rəsmi Bakı separatçı rejimin  işğalı legitimlşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilmzliyini diqqətə çatdırıb.

Bundan başqa, bu ilin fevralında erməni diasporunun nümayəndləri ilə görüş zamanı Prezident Emmanuel Makron bu tipli xartiyaların imazlanmasının və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını ölkəsinin dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi öz açıqlamasında Fransa məhkəməsinin bu “saziş”in ləğv olunmasına dair 29 may tarixli qərarını alqışlayıb.

XİN bəyan edib ki, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır:

“Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil”.

Mövzunu 1news.az-a şərh edən millət vəkili, politoloq Rasim Musabəyov Fransa məhkəməsinin qərarının ilk növbədə bir president olduğunu vurğulayıb.

“Azərbaycan hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələdə öz sərt etirazını çatdırmışdı. Fransanın Bakıdakı  səfiri XİN-ə dəvət olunaraq ona belə hərəkətlərin Azəbaycan-Fransa münasibətlərinə və Parisin ATƏT-in Minsk qrupundakı vasitəçi kimi tərəfsizliyinə kölgə saldığını aydın şəkildə bildirilmişdi. Nəzərə alınmalıdır ki, bu cür əlaqələr Fransa qanunlarına da ziddir. Fransada qanun var və orada regionların əlaqələrini tənzimləyən şərtlər öz əksini tapıb. Tanınmamış hansısa qurumlarla bu cür “saziş” əsasında münasibət yaratmaq Fransa qanunlarına da ziddir”, deyə deputat bildirib.

R.Musabəyov əlavə edib ki, Azərbaycan Fransa üçün həm ticarət, həm siyasi baxımdan önəmli bir tərəfdaşdır:

“Fransa XİN və Daxili İşlər Nazirliyi məhkəməyə bu cür məsələlərə son qoyulmasına dair bir tövsiyə göndərmişdir. Məhkəmə də bu məsələyə baxaraq konkret olaraq həmin “sazişi” ləğv etdi. Həmin “saziş”i hazırlayan və imzalayan merə də cəza nəzərdə tutdu. Bu, ilk növbədə ona görə vacibdir ki, bir prersidentdir. Sabah erməni lobbilərinin təsiriə düşən, yaxud əslən erməni olan hansısa bir fransız şəhərinin meri gedib Qarabağda belə işi təkrar edəcəyi halda, anlayacaq ki, məhkəmədə cavab verməli olacaq və cəzalanacaq, imzalayacağı sənəd isə ləğv ediləcək. Bu baxımdan mənə elə gəlir ki, qərar çox əhəmiyyətlidir”.  

Politoloq digər bir məsələyə də diqqət çəkib. Deyib ki, Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun qəbul etmişdi. Amma Fransanın Konstitusiya Məhkəməsi bunu konstitusiyaya zidd, söz azadlığına qəsd adlandırdı və qərarı ləğv etdi:

“Yəni kimlərsə “soyqırımın” yalan  olduğunu desə, inkar etsə,  buna görə cəzalandırılmayacaq”.

Deputat bundan sonra separatçılarla əlaqələrin qurulmasına hansısa cəhdlərin olacağını istisna etməyib, lakin onları cilovlamaq üçün hüquqi mexanizmin mövcudluğunu əlavə edib.

“Fransa məhkəmələri birdən-birə düşünməyiblər ki, ədaləti təmin etmək lazımdır. Əlbəttə ki, bu görülmüş işlərin, konkret olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı danışıqların, Xarici İşlər Nazirliyinin sərt reaksiyasının və bunların arxasınca da Azərbaycan səfirliyinin mütamadi apardığı iş və səylərin nəticəsidir”.

P.S.

 

 

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər