UEFA Millətlər Liqasının qalibi Portuqaliya oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

UEFA Millətlər Liqasının qalibi Portuqaliya oldu - VİDEO

10:12 - 10 / 06 / 2019
UEFA Millətlər Liqasının qalibi Portuqaliya oldu - VİDEO

UEFA Millətlər Liqasının A Divizionunun final görüşü baş tutub.

1news.az-ın məlumatına görə, həlleci görüşdə son Avropa çempionu Portuqaliya ilə Hollandiya yığmaları qarşılaşıb.

Görüşün taleyini 1 qol həll edib. Qonsalo Qedeşin 60-cı dəqiqədə vurduğu qol portuqaliyalılara qələbə qazandırıb.

İlk dəfə keçirilən turnirin qalibi olan Portuqaliya seçməsi eyni zamanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İngiltərə penaltilər seriyasında İsveçrəyə qalib gələrək turnirin bürünc medallarına sahib çıxıb.

9 iyun

UEFA Millətlər Liqası

Final

22:45. Portuqaliya - Hollandiya - 1:0
Qol:
 Q. Qedeş, 60
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə - 0:0 (Penaltilər seriyasında - 5:6)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

1news.az

Paylaş:
978

Son xəbərlər

Bütün xəbərlər