Frenki de Yonq “Millətlər Liqasının ən yaxşı gənc oyunçusu” kimi SOCAR-ın mükafatını qazandı – FOTO
Hollandiya yığmasının yarımmüdafiəçisi Frenki de Yonq Millətlər Liqasının ən yaxşı gənc oyunçusu seçilib.
1news.az-ın məlumatına görə, holland futbolçu turnirin ən yaxşı gənc oyunçusu kimi SOCAR mükafatını qazanıb.
Bu mükafata 1996-cı il yanvarın 1-də və sonra anadan olmuş oyunçular iddia edirdilər.
“Tərəqqi edən gənc oyunçudur. Bu turnirdə əldə etdiyi təcrübə ona böyüməyə kömək edəcək. Gənc futbolçu üçün yaxşı bir turnir keçirdi” - deyə, UEFA-nın texniki müşahidəçisi David Moyes bildirib.
Nəzərinizə çatdıraq ki, “Barselona” bu yaxınlarda “Ayaks” klubuna 75 milyon avro ödəyərək Frenki de Yonqu heyətinə qatıb.
Qeyd edək ki, turnirin ən yaxşı gənc oyunçusu üçün nəzərdə tutulmuş SOCAR mükafatı ilk dəfə 2016-cı ildə keçirilmiş Avropa çempionatında təqdim olunub. Həmin vaxt mükafata portuqaliyalı Renatu Sanşeş layiq görülüb.
Teymur Maksutov