Tonoyan: Aprel müharibəsinə dair materiallar komissiyaya təqdim ediləcək | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyan: Aprel müharibəsinə dair materiallar komissiyaya təqdim ediləcək

16:10 - 13 / 06 / 2019
Tonoyan: Aprel müharibəsinə dair materiallar komissiyaya təqdim ediləcək

Əgər ictimai tələbat varsa, 2016-cı ilin aprel müharibəsindəki şəraiti öyrənmək üçün komissiya yaradılmalı idi. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

"Əgər cəmiyyəti bu komissiyanın aradırması nəticəsində veriləcək cavablar razı salacaqsa, əlbəttə ki, bu, yaxşıdır. Sabiq müdafiə naziri Seyran Ohanyan tərəfindən aparılan araşdırma nazirlikdədir və komissiyaya təqdim ediləcək”, Tonayan bildirib.

Əlavə edib ki, bu peşəkar bir analizdir və ictimaiyyətə açıqlana bilməz, materiallar komissiyaya təqdim ediləcək.

Xatırladaq ki, Seyran Ohanyan daha əvvəl bildirib ki, 2016-cı il müharibəsi ilə bağlı araşdırmalar artıq aparılıb və parlament komissiyası yaratmağa ehtiyac yoxdur.

P.S.

 

Paylaş:
854

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər