Asəf Hacıyev gürüstanlı spikerin Bakını tərk etməsi barədə | 1news.az | Xəbərlər
Siyasət

Asəf Hacıyev gürüstanlı spikerin Bakını tərk etməsi barədə

13:30 - 21 / 06 / 2019
Asəf Hacıyev gürüstanlı spikerin Bakını tərk etməsi barədə

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze və Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfərini yarımçıq qoyaraq Tbilisiyə qayıtmasına münasibət bildirib.

1news.az xəbər verir ki, A. Hacıyev Gürcüstanda gözlənilməz hadisələr başladığını, nümayəndə heyətinin ölkəyə qayıtmasının bununla bağlı olduğunu deyib.

"Gürcüstan parlamentinin spikeri Azərbaycanda rəsmi səfərdə idi. Rəsmi səfər dayandırıldı. Spiker dünən ölkəsinə döndü. Biz onları başa düşməliyik. Gürcüstanda vəziyyət xeyli mürəkkəbdir, problem məhz parlamentdədir. Ona görə də Gürcüstan nümayəndə heyəti təcili geri qayıtdı. Ancaq bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işinə təsir göstərmir. Çünki bir neçə sənəd yekdilliklə qəbul edildi, bir ölkənin orada olmamasının buna təsiri yoxdur”.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər