Gürcüstan parlamentinin sədri vəzifəsini Çuqoşvili icra edəcək | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan parlamentinin sədri vəzifəsini Çuqoşvili icra edəcək

17:00 - 21 / 06 / 2019
Gürcüstan parlamentinin sədri vəzifəsini Çuqoşvili icra edəcək

Gürcüstan parlamentinin sədri vəzifəsini müvəqqəti olaraq birinci vitse-spiker Tamar Çuqoşvili icra edəcək.

1news.az xəbər verir ki, hazırki sədr İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.

Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.

Bəzi məlumatlara əsasən, hakim “Gürcü Arzusu-demokratik Gürcüstan” Partiyası yeni sədr postuna parlament çoxluğunun rəhbəri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.

Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamentin sədri İrakli Kobaxidze iyunun 21-də istefa verib.

1news.az

 

Paylaş:
715

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər