Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

11:12 - 24 / 06 / 2019
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqini keçirəcək.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika, Martin Şuster və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.

1news.az

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər