Umayra Tağıyeva: İki gün əvvəl  iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Umayra Tağıyeva: İki gün əvvəl  iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi

13:31 - 25 / 06 / 2019
Umayra Tağıyeva: İki gün əvvəl  iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi

İyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq.

1news.az xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometorologiya Departamentinin rəhbəri Umayra Tağıyeva deyib.

O bildirib ku, bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq:

“Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstərici yeniləndi. 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb.

Keçən illə müqayisə etsək, iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Keçən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub”.

Pərvanə Sultanova

Paylaş:
556

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər