Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

14:40 - 25 / 06 / 2019
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında.

1news.az

Paylaş:
525

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər