Ayağı yaralanan it yardım üçün aptekə gəldi – VİDEO
Türkiyədə yaşanmış maraqlı bir hadisə sosial şəbəkələrdə böyük marağa səbəb olub.
1news.az-ın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, İstanbulda qabaq pəncəsi yaralanmış bir küçə iti kömək almaq üçün aptekə daxil olub.
Heyvansevərliyi ilə tanınan aptek sahibi Banu Cengiz əvvəl heyvanın ac olduğunu düşünüb, onun qarşısına yemək qoyub. Lakin ağıllı köpək yaralı pəncəsini uzadaraq, dərdini başa salıb. Əczaçı xanım köpəyin yarasını yuyub, məlhəm sürtüb və sarıyıb. Ayağı sarındıqdan sonra köpək apteki tərk edib.
Banu Cengiz kameraların yaddaşına həkk olunmuş bu görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra videoçarx böyük maraqla izlənib.
1news.az
808