Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb – FOTO

14:37 - 26 / 06 / 2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb – FOTO

Pekində yerləşən Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində “Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci beynəlxalq müdafiə forumu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində “Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.

Forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.

Tədbirin sonunda 2-ci dərəcəli kapitan R. Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikatla təltif olunub.

S.Xankişiyeva

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər