Rusiyada təyyarə qəzası: 2 nəfər ölüb, 22-si yaralanıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyada təyyarə qəzası: 2 nəfər ölüb, 22-si yaralanıb – FOTO – VİDEO

09:12 - 27 / 06 / 2019
Rusiyada təyyarə qəzası: 2 nəfər ölüb, 22-si yaralanıb – FOTO – VİDEO

Rusiyanın Buryatiya Respublikasında təyyarə qəzası baş verib.

An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bildirilir ki, Buryatiyanın şimalında yerləşən hava limanında baş vermiş hadisədə 2 pilot həlak olub,  22 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib.

İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Həmin an təyyarə alovlanıb.

Qeyd edək ki, təyyarə Nijneanqarskdan Ulan-Udey istiqamətində uçurmuş.  Səbəb kimi mühərriklərdən birində nasazlığın olması göstərilir.

Paylaş:
1489

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər