Azərbaycan-Kuba əlaqələri müzakirə edilib

Kubanın Bakıdakı səfiri Alfredo Nieves Portuondo Azərbaycanın ölkəsindəki yeni müvəqqəti işlər vəkili İlham Ağayevlə görüşüb.
1news.az xəbər verir ki, işgüzar görüş zamanı diplomatlar ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıblar, dostluq əlaqələrini möhkəmləndirilməsi niyyətlərini qarşılıqlı olaraq yenidən təsdiqləyiblər.
İ. Ağayev iqtisadi-ticari əlaqələrinin səhiyyə, biotexnologiya, turizm, idman, eləcə də digər sahələrdə inkişaf etmək üçün mövcud olan potensialı vurğulayıb.
Öz növbəsində, Nieves Portuondo Azərbaycanın ABŞ-ın Kubaya qarşı iqtisadi blokadasında tutduğu ənənəvi mövqeyinə görə təşəkkür edib.
P.Sultanova
383