Dünya İrs Komitəsinin 43-cü sessiyası yeni hesabat qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya İrs Komitəsinin 43-cü sessiyası yeni hesabat qəbul edib

11:32 - 02 / 07 / 2019
Dünya İrs Komitəsinin 43-cü sessiyası yeni hesabat qəbul edib

Bakıda Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.

1news.az xəbər verir ki, sessiyaya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev sədrlik edir. İclasda məşvərət orqanları ilə üzv dövlətlər arasında dialoqun gücləndirilməsi hesabatı müzakirə olunub. Ayrı-ayrı ölkələrin nümayəndələri bu hesabatı dəstəkləyib.

Tanzaniya nümayəndəsi deyib ki,  Afrikada elə məkanlar var ki, təhlükə ilə qarşılaşıblar. Dialoqun aparılması bu baxımdan vacibdir və komitənin özü üçün bu lazımdır.

İndoneziya nümayəndəsi vurğulayıb ki, effektiv və konstruktiv dialoq məşvərət orqanları və üzv dövlətlər arasında təkcə nominasiyalarla bağlı yox, daimi şəkildə aparılmalıdır.

Bəhreyn nümayəndəsi də məşvərət qurumları ilə üzv dövlətləri arasında dialoqun aparılmasının vacibliyini önə çəkib. Deyib ki, ərəb regional mərkəzi vasitəsilə bizim bu sahədə müəyyən təcrübəmiz var. Dünya İrs Mərkəzinin təşəbbüsü ilə ərəb regionu ilə münasibətlər qurulub.

Braziliya nümayəndəsi qərar layihəsini alqışlayıb. Onun sözlərinə görə, dialoqun aparılması dünya irsinə etimadı artıra, şəffaflığı təmin edə,  qərarların qəbuledilmə prosesini təkminləşdirə bilər. Buna mümkün qədər tez başlamalıyıq.

Çıxışlarda vurğulanıb ki, hesabata müqavimət göstərilməməli, əksinə, onun daha da təkmilləşməsinə çalışmaq lazımdır.

Azərbaycan nümayəndəsi öz çıxışında deyib ki, dialoq inklüziv olmalıdır, dialoqun qurulması  zəruridir, biz həm də bununla etimadın qurulmasına töhfə verəcəyik.

İCOMOS-un təmsilçisi bildirib ki, çağrışları aradan qaldırıb, yaxşı iş görmək istəyiriksə, bunun üçün əsaslar mövcuddur: “Dialoqun təsisatlanması mexanizmini qurmaq istəyirik. İCOMOS bu müzakirələrə açıqdır, geniş əhatəli dialoqun təkminləşməsinin tərəfdarıdır”.

Daha sonra bəzi təkliflər nəzərə alınaraq hesabat qəbul edilib.

P.Sultanova

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər