Nazarbayevin nəvəsi intihara cəhd edib
Qazaxıstanın birinci prezidentinin nəvəsi Aysultan Nazarbayev (Dariqa Nazarbayevanın oğlu) Londondakı otellərin biində başqasının nömrəsində intihar etməyə cəhd edib.
1news.az xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 5-də gəncin intihara cəhd göstərdiyi otelə çağırış əsasında polislər gəlib. Bundan iki gün əvvəl isə polislər özünü həmin otelin eyvanından atmaq istəyən Aysultanı xilas ediblər.
O, saxlanılarkən müqavimət göstərib və polisi dişləyib.
28 yaşlı A. Nazarbayev, İngiltərə Kral Hərbi Akademiyasını bitirib, daha sonra Qazaxıstanda hərbi xidmətdə olub. Əvvəllər futbol oynayıb, hətta Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti olub.
2017-ci ilin sentyabrında o, narkotik vasitələrdən istifadə etdiyini etiraf edib. Onun dediyinə görə, babası akademik Muxtar Əliyevin və atası Rahat Əliyevin ölümündən sonra özünü çox pis hiss edib və narkotiklə təsəlli tapıb. Həmçinin, Nursultan Nazarbayevin narkomaniya ilə mübarizədə ona kömək etdiyini etiraf edib.
Aysultan Nazarbayev evlidir, həyat yoldaşı "KazRosGaz" ASC-nin rəhbəri Kayrat Boronbayev qızıdır. Cütlüyün bir qız övladı var.
P.S.