Sarkisyan Paşinyanı üstələdi - beynəlxalq SORĞU
ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) Ermənistanda sosioloji sorğu keçirib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, sorğunun nəticələrinə əsasən, Ermənistan prezidenti Armen Sarkisyan respublikanın əhalisi arasında populyarlıq reytinqinə görə baş naziri Nikol Paşinyandan irəlidədir.
Beynəlxalq Respublika İnstitutu (IRI) sosial sorğunu bu yaxınlarda keçirib. Ötən həftə isə tədqiqatın nəticələri yekunlaşdırılıb. Hələ də ictimaiyyətə açıqlanmayan nəticələr bir sıra dövlət idarələrinə təqdim edilib.
Sorğunun nəticələrə görə, Paşinyanın əhali arasında reytinqi 56%, prezident Sarkisyanın reytinqi isə 61 faiz təşkil edir.
Bundan əlavə, iqtidar bloku olan "Mənim addımım” 52%, "Çiçəklənən Ermənistan" partiyası12%, sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası 5,1%, Daşnaksütyun isə 3,5%-lə reytinq cədvəlində sıralanıblar.
P.Sultanova