Nənəsinin qızıllarını oğurlayan nəvə saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nənəsinin qızıllarını oğurlayan nəvə saxlanıldı

17:02 - 08 / 07 / 2019
Nənəsinin qızıllarını oğurlayan nəvə saxlanıldı

Tovuz rayonunda oğurluq edən şəxs saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 4-də Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N.Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər