Mourinyo 100 milyonluq təklifdən imtina etdi | 1news.az | Xəbərlər
Futbol

Mourinyo 100 milyonluq təklifdən imtina etdi

15:14 - 09 / 07 / 2019
Mourinyo 100 milyonluq təklifdən imtina etdi

"Mançester Yunayted"dən ayrıldıqdan sonra hələ də özünə iş tapmayan Joze Mourinyo Çindən gələn təklifi rədd edib.

1news.az Fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Quanqzou Everqrande"dən gələn 88 milyon funt-sterlinqlik (100 milyon avro) təklifi qəbul etməyib.

Klub rəhbəri Hui Ka Yanla bir araya gələn Mourinyo transferlə bağlı detalları danışıb. 56 yaşlı mütəxəssisin ailəvi səbəblərdən dolayı Çinə getməyi qəbul etmədiyi bildirilib. 

Mourinyo "Mançester Yunayted"də illik 15 milyon funt-sterlinq qazanırdı.

1news.az

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər