Müdafiə naziri BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

16:46 - 09 / 07 / 2019
Müdafiə naziri BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdə fəaliyyəti başa çatan Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

S.Xankişiyeva

 

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər