Bakı-Tbilisi qatarında baş vermiş hadisənin səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Tbilisi qatarında baş vermiş hadisənin səbəbi açıqlanıb

10:07 - 09 / 07 / 2019
Bakı-Tbilisi qatarında baş vermiş hadisənin səbəbi açıqlanıb

Ötən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub.

1news.az Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinə (QSC) istinadla xəbər verir ki, hadisə gecə saat 23:20 radələrində baş verib:

"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb", deyə məlumatda bildirilir.

Qeyd edilib ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər