İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər | 1news.az | Xəbərlər
Dünya

İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər

14:40 - 10 / 07 / 2019
İsveçdə plastik stəkanları və konteynerləri qadağan etmək istəyirlər

İsveçdə qida məhsulları üçün plastik stəkanların və konteynerlərin satışını qadağan etmək istəyirlər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Krallığın Ətraf Mühit naziri İzabella Lövin bildirib ki, İsveç hökuməti qida məhsulları üçün plastik stəkanların və konteynerlərin qadağan edilməsi haqqında məsələni nəzərdən keçirmək istəyir. Onun sözlərinə görə, bu, Aİ-nin birdəfəlik plastik qablar barədə direktivinə münasibətdə irəliyə doğru atılmış daha bir addımdır.

Qadağaya dair layihə hakim Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyası tərəfindən işlənib hazırlanır və artıq Mərkəz Partiyası və Liberal Partiya ilə razılaşma əldə olunub. Hazırda qadağanın iqtisadiyyata təsiri mövzusunda hökumət araşdırması aparılır.

Avropa Parlamenti ötən ilin sonunda çubuq, çəngəl-bıçaq, boşqab kimi plastik məmulatın 2021-ci ilə qədər qadağan edilməsinə səs verib. Lakin İsveç daha irəli getmək və ətraf mühitə ziyan vuran başqa plastik məhsulların, o cümlədən stəkanların və konteynerlərin istifadəsini məhdudlaşdırmaq istəyir.

İzabella Lövin deyib: "Biz hamımız başa düşürük ki, təbii şəraitdə yüzlərlə il qalıb çürüməyən materialın cəmi bir dəfə istifadə olunub tullanması qəbuledilməz haldır. Biz yeni dayanıqlı sistem tapmalıyıq". Onun sözlərinə görə, plastik məmulat kağız kimi alternativ materialla əvəzlənə bilər.

1news.az

Paylaş:
597

Sizin üçün xəbərlər

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər