Çempionlar Liqası – “Astana” və “Seltik”dən qələbə

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
1news.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
Qazaxıstanın "Astana" klubu Rumıniya təmsilçisi ÇFR-i məğlub edib - 1:0. Şotlandiya "Seltik"i isə səfərdə Bosniya və Herseqovinanın "Sarayevo" klubunu 3:1 hesabı ilə üstələyib.
Finlandiyanın HİK komandası doğma azrkeşlər önündə Farer adalarının “HM Torshavn” klubunu darmadağın edib.
Üç görüş sülhlə başa çatıb. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya) matçında isə qapılara qol vurulmayıb.
9 iyul
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
"Astana" (Qazaxıstan) - ÇFR (Kluj, Rumıniya) - 1:0
"Ararat" (Ermənistan) - AIK (İsveç) - 2:1
HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları) - 3:0
"Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya) - 0:1
"Sarayevo" (Bosniya və Herseqovina) - "Seltik" (Şotlandiya) - 1:3
"F91 Düdelanj" (Lüksemburq) - "Valetta" (Malta) - 2:2
"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya) - 0:0
TNS (Uels) - "Ferronikeli" (Kosovo) - 2:2
1news.az