Bakıda növbəti Rusiya-NATO danışıqları keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda növbəti Rusiya-NATO danışıqları keçiriləcək

12:26 - 10 / 07 / 2019
Bakıda növbəti Rusiya-NATO danışıqları keçiriləcək

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə danışıqlar aparacaq.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.

"Bakıda olduğu müddətdə Baş Qərargah rəisi  Valeri Gerasimov NATO-nun yüksək səviyyəli nümayəndəsi Tod Uolterslə görüşəcək", deyə məlumatda bildirilir.

Həmçinin, onun respublikanın hərbi-siyasi rəhbərliyi ilə də danışıqlar planlaşdırılır.

P.S.

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər