Hikmət Hacıyev "Chatam House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev "Chatam House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb - FOTO - VİDEO

16:05 - 12 / 07 / 2019
Hikmət Hacıyev "Chatam House" mərkəzində Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb - FOTO - VİDEO

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Royal beynəlxalq münasibətlər institutu - Chatam House mərkəzində Azərbaycanın  xarici siyasət prioritetləri mövzusunda çıxış edib.

1news.az-ın məlumatına görə, Chatam House beynəlxalq münasibətlər sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. Tədbirdə Qafqaz üzrə ekspertlər olan Tomas de vall və digərləri iştirak ediblər.

H.Hacıyev tədbir iştirakçılarına Azərbaycanın xarici siyasətinin təməl prinsipləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regionda aparıcı rolu, inkişafı və həyata keçirdiyi mühüm layihələr barədə məlumat verib.

O, Prezident İlham Əliyev in rəhbərliyi altında Azərbaycanın regional liderliyi və uğurlu inkişafı, ölkəmizdə aparılan köklü islahatlarla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi  və işğal olunmuş ərazilərdə qeyri qanuni fəaliyyətləri, təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə də ətraflı danışıb.

İki saata qədər davam edən müzakirələrdə H.Hacıyev auditoriyanın çoxsaylı suallarını cavablandırıb. Tədbirdə iştirak edən erməni nümayəndənin də təxribatçı sualları cavablandırılıb.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər