Mübariz Əhmədoğlu: Rusiyanın Ermənistana münasibətində neqativ fon yüksəlir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiyanın Ermənistana münasibətində neqativ fon yüksəlir

10:13 - 12 / 07 / 2019
Mübariz Əhmədoğlu: Rusiyanın Ermənistana münasibətində neqativ fon yüksəlir

Rusiyanın Ermənistana münasibətində neqativ fon yüksəlir. Ermənistanın atdığı addımlara qarşı Rusiya adekvat münasibət nümayiş etdirir.

Qazın qiyməti ilə bağlı baş verənlər bunun ən əyani sübutudur. Rusiya Dəmir Yolları İdarəsinin rəis müavini A.Mişarin Yerevandan əliboş qayıtdıqdan sonra Rusiya qazın qiymətini daha 10 faiz artıracağı barədə məlumat sızdırdı. Az keçmiş arxa layda nə baş verdisə Rusiya qazın qiymətini 200 dollara qaldıracağı ilə bağlı məlumatı mətbuata ötürdü.

Bir az ondan öncə Ermənistan parlamentinin spikeri, Ermənistanda “məxməri inqilab”ın liderlərindən biri, “Soros”un Ermənistan üzrə rəhbərlərindən olan Ararat Mirzoyan Parlamentlərarası Assambleyanın tədbirində iştirak etmək məqsədilə Moskvada oldu. Rusiyada hətta adicə deputat A.Mirzoyanla görüşmədi.

Ən azı son bir neçə gündə baş vermiş bu 2 fakt Rusiyanın Ermənistana qarşı çox əsəbi olduğunun göstəricisidir. Rusiya həm də Ermənistanın atdığı addımlara qarşı cavab vermək fikrindədir.

Qazın qiymətini artırmaqla bağlı məlumata  Paşinyan hökuməti “Qazprom-Armeniya”nı 20,8 min dollar cərimələməklə reaksiya verdi.

Ermənistan Rusiya ilə əlaqəli problemlərin həllini digər dövlətlərdə axtarmağa başlayıb. Rusiya Ermənistanın atacağı bütün addımları bilir və atdığı addımlara da artıq reaksiya verir.

Ermənistanın Rusiya ilə münasibətlərinə yeni yanaşma tətbiq etməsi bəlkə vəziyyəti dəyişdi. Əgər Ermənistan Rusiyanın strateji müttəfiqidirsə, o zaman rəsmi Yerevan Rusiyanın Ermənistana doğru yaxınlaşmasına, kommunikasiyaların 100 faiz açılmasına çalışmalıdır, səyləri bu istiqamətdə olmalıdır. Başqa variantı yoxdur. Ermənistanla Rusiyanın kommunikasiyası 100 faiz olmayacaqsa, o zaman Rusiya yəqin ki, Kalininqrad variantını seçəcəkdir. Ermənistan Rusiya istiqamətində indikindən tam fərqli siyasət aparmalıdır.

N.Paşinyanın Rusiya istiqamətində siyasətinin əks-effekti göz qabağındadır. Prezident V.Putinin ünvanına dediyi difiramblar nəinki doğrultmur, əksinə qıcıq yaradır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər