Afrika Millətlər Kubokunun finalçıları bəlli olub | 1news.az | Xəbərlər
Futbol

Afrika Millətlər Kubokunun finalçıları bəlli olub

09:48 - 15 / 07 / 2019
Afrika Millətlər Kubokunun finalçıları bəlli olub

Afrika Millətlər Kubokunda yarımfinal oyunları keçirilib.

1news.az-ın məlumatına görə, Seneqal Tunislə, Əlcəzair isə Nigeriya yığması ilə qarşılaşıb.

Seneqal Tunis millisini əlavə vaxtda məğlub edib. Bu görüşdə tərəflər hərəyə bir dəfə penaltidən yararlana bilməyib.

Əlcəzair isə gərgin keçən matçda Nigeriyadan üstün olub – 2:1.

Beləliklə, finalda Seneqal və Əlcəzair milliləri qarşılaşacaqlar.

Qeyd edək ki, üçüncü və dördüncü yer uğrunda qarşılaşma iyulun 17-də, final görüşü isə iyulun 19-da baş tutacaq.

1news.az

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər