Mirzoyan ABŞ-ı anti-İran sanksiyalarında İrəvana təzyiq göstərməməyə çağırıb | 1news.az | Xəbərlər
Ermənistan

Mirzoyan ABŞ-ı anti-İran sanksiyalarında İrəvana təzyiq göstərməməyə çağırıb

12:20 - 16 / 07 / 2019
Mirzoyan ABŞ-ı anti-İran sanksiyalarında İrəvana təzyiq göstərməməyə çağırıb

Ermənistan ABŞ-la münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

1news.az xəbər verir ki, bunu ABŞ-ın n Atlantik Şurasında çıxış edən Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bildirib.

"Diplomatik deklarasiyalar baxımından əlaqələrimiz aydın tərəfdaşlıq sahəsinə çevrilməlidir. Konkret məqsədlərin həyata keçirilməsinə yönəlmiş bir gündəliyin qurulması lazımdır", - Mirzoyan bildirib.

O deyib ki, ABŞ həyata keçirilən inqilab səbəbindən Ermənistana yardımın həcmini artıra bilər.

Mirzoyanın sözlərinə görə, ABŞ ilə İran arasında münasibətlərdə gərginlik Ermənistan iqtisadiyyatına mənfi təsir göstərir: 

"Biz ABŞ-ın İrana qarşı sanksiyalara qoşulmaq üçün Ermənistana təzyiq göstərməsini arzu etmirik. Ermənistan bu cür yükü qaldıra bilməz".

P.S.

Paylaş:
901

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər