Dünyanın ən ucuz şəhərləri açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən ucuz şəhərləri açıqlanıb

14:18 - 18 / 07 / 2019
Dünyanın ən ucuz şəhərləri açıqlanıb

Müxtəlif ölkələrdə qiymətlər haqda məlumat toplayan “Numbeo” portalı, 2019-cu ilin birinci yarımilinin nəticələrinə əsasən, yaşamaq üçün dünyanın ən ucuz şəhərlərinin adlarını açıqlayıb.

1news.az-ın İnterAz-a istinadən verdiyi xəbərə görə, birinci yerdə Pakistanın Ravalpindi, ikinci yerdə Karaçi, üçüncü yerdə isə İslamadbad şəhəri qərarlaşıb.  

Siyahıda Tbilisi (Gürcüstan) 30-cu, Bakı (Azərbaycan) 43-cü, Kiyev (Ukrayna) 58-ci, Antalya (Türkiyə) 61-ci olub.  

Ən bahalı şəhərlər isə San-Fransisko, Nyu-York, Cenevrə, Bazel, Lozanna, Bruklin, Vaşinqton, San-Xose və Bostondur.   

Qeyd edək ki, reytinq cədvəlində yer alan şəhərlərdəki yaşayış minimumu ABŞ-ın Nyu-York şəhəri ilə müqayisədə hesablanıb.

1news.az

Paylaş:
721

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər