Azərbaycan XİN türkiyəli diplomatın öldürülməsini şiddətlə qınayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN türkiyəli diplomatın öldürülməsini şiddətlə qınayıb

10:12 - 18 / 07 / 2019
Azərbaycan XİN türkiyəli diplomatın öldürülməsini şiddətlə qınayıb

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ərbil şəhərində türkiyəli diplomatın öldürülməsi ilə bağlı başsağlığı verib.

1news.az bu barədə XİN-in Tvitter səhifəsinə istinadla xəbər verir.

“Ərbildə mənfur hücum nəticəsində həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirik. Bu hücumu şiddətlə qınayırıq”, məlumatda deylir.

Xatırladaq ki, denən İraqın Ərbil şəhərində restoranlardan birinə silahlı hücum edilib. ücum zamanı restoranda Türkiyə Baş Konsulluğunun diplomatları olub. Türkiyə konsulunun köməkçisi Hakan Karaçay qətlə yetirilib.

P.Sultanova

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər