Paralimpiyaçımız “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyanı qazandı | 1news.az | Xəbərlər
İdman

Paralimpiyaçımız “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyanı qazandı

11:56 - 19 / 07 / 2019
Paralimpiyaçımız “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyanı qazandı

Qazaxstanın Nur-Sultan şəhərində keçirilən Para Pauerliftinq üzrə Dünya Çempionatı davam edir.

1news.az-ın məlumatına görə, pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov dünən yarışlara qatılıb. 107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb.

İdmançımız belə bir nəticə göstərməklə dünya reytinqində 4-cü yerini möhkəmləndirib və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər