“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib – FOTO

14:01 - 23 / 07 / 2019
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib – FOTO

Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.

S.Xankişiyeva

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər