XİN: Xankəndi ilə Rayd şəhərləri arasında imzalanan “sənəd” kağız parçasıdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Xankəndi ilə Rayd şəhərləri arasında imzalanan “sənəd” kağız parçasıdır

17:05 - 24 / 07 / 2019
XİN: Xankəndi ilə Rayd şəhərləri arasında imzalanan “sənəd” kağız parçasıdır

Avstraliyanın Rayd şəhərinin Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul etməsi ilə bağlı ilk növbədə qeyd etmək istərdim ki, Rayd şəhəri Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir.

1news.az-ın verdiyi xəbərə görə, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarakən bildirib:

“Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülmüş və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənmişdir”.

L.Abdullayeva qeyd edib ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir:

“Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

S.Xankişiyeva

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər