Azərbaycanla Türkiyə arasında viza ləğv edildi - FOTO

Sentyabr ayının 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rüsumunu ləğv edəcək.
1news.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşü zamanı deyib.
O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
1news.az
1026