Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
İyulun 27-dən 28-dək Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
1news.az-ın məlumatına görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcək.
Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliği və inkişafı, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçim aparılmasıdır.
1news.az
628