Məsut Özilə Londonda bıçaqlı hücum – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Məsut Özilə Londonda bıçaqlı hücum – VİDEO

14:00 - 26 / 07 / 2019
Məsut Özilə Londonda bıçaqlı hücum – VİDEO

“Arsenal”ın futbolçusu Məsut Özil Londonda bıçaqlı hücuma məruz qalıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə zamanı Özil həyat yoldaşı Amine Gülşe Özil və komanda yoldaşı Sead Kolaşinaça birgə olub.

Motosiklet kaskı geyinmiş naməlum şəxs restorandan çıxıb avtomobilinə minmək istəyən Özilə bıçaqla hücum edib. Bu zaman o, qapılarını bağladığı avtomobilini yaxınlıqda olan türklərin çalışdırdığı bir restorana sürərək kömək istəyib. Avtomobildən düşən Kolaşinaç isə soyğunçunu zərərsizləşdirməyə çalışıb.  Restoranda çalışanların çölə çıxmağından sonra soyğunçu həm futbolçulardan, həm də Məsutun avtomobilindən heç bir qənimət götürə bilmədən hadisə yerindən uzaqlaşıb.
 
Hadisə yerinə dərhal polis çağırılıb. London polisi insidentlə bağlı araşdırma aparır. Hücumun soyğunçuluq məqsədilə edildiyi ehtimal olunur.

Hadisə zamanı futbolçuların heç biri yaralanmayıb.

1news.az

Paylaş:
538

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər